Millimizin üzvü oynamadı, komandası məğlub oldu

12:35 - 6 Noyabr 2022

Almaniya üçüncü liqasında 15-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" "Viktoriya Köln"ün qonağı olub.

Matç Köln klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazarovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Aue təmsilçisi hazırda 11 xalla sonuncu pillədədi.

Xəbər xətti