Rumıniya millisinin veteran futbolçusu Basarab Panduru yerli mətbuata açıqlamasında “Qarabağ” haqda danışıb.
Sportal.az “GSP”ə danışan 52 yaşlı mütəxəssis hesab edir ki, “ÇFR Kluj”un Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la düşməməsi daha yaxşı olardı:
“ÇFR-in baş məşqçisi Dan Petreskunun “Qarabağ”la oynamaq istədiyini düşünmürəm. Bu, təhlükəli komandadı. Digər təhlükəli rəqiblər də var. “Şerif” və AEK əvvəlki kimi güclü deyil. Hətta “Ludoqorets”in o qədər də qorxulu olduğunu düşünmürəm. "Qarabağ", "Budye-Qlimt", "Braqa", "Trabzonspor" və "Latsio" təhlükəli komandalardır”.
“Styaua”, “Benfika”, “Porto” klublarında futbolçu kimi oynamış Basarab, “Vaslui”, “Styaua”, “Əl-Vasl”, “Universitetya Krayova” klublarında isə məşqçi kimi çalışıb.
