Braziliya - İran finalını azərbaycanlı hakim idarə edəcək

13:35 - 6 Noyabr 2022

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən “Emirates Intercontinental Beach Soccer Cup 2022” turnirinin bu gün final oyunu keçiriləcək. 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq final qarşılaşmasında Braziliya və İran komandaları qarşılaşacaq.

Qarşılaşmanın baş hakimi Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov olacaq.

Xəbər xətti