"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo maaşının artırılmasını istəyir.
Sportal.az "Sport"a istinadən xəbər verir ki, İtaliya millisinin üzvü illik gəlirinin indikindən 2 dəfə çox - 12 milyon funt-sterlinq olmasını klubdan tələb edir.
Onun “zadəganlar”la müqaviləsi mövsüm sonunda başa çatacaq.
“Çelsi” təcrübəli futbolçuya müqavilə müddətini uzatmağı təklif edib.
Ancaq futbolçu maaşının artırılmayacağı təqdirdə, yeni müqaviləyə qol çəkməyəcəyini söyləyib.
