"Mançester Yunayted"in futbolçusu sabiq komandasına qayıda bilər

18:51 - 6 Noyabr 2022

Aaron Van-Bissaka "Mançester Yunayted"i tərk edə bilər.

Sportal.az “goal.com”a istinadən xəbər verir ki, klub özü də müdafiəçini başqa kluba buraxmağa hazırdı.

Konqoəsilli ingiltərəli futbolçunu heyətinə qatmaq istəyən əsas komanda "Kristal Pelas"dı.

Van-Bissaka qış "transfer pəncərəsi"ndə adıçəkilən komanda ilə müqavilə imzalaya bilər.

​24 yaşlı futbolçu 2019-cu ildə məhz “Kristal Pelas”dan “Mançester Yunayted”ə keçmişdi. 

Xəbər xətti