"Los-Ancelesin" heyətində MLS liqasının qalibi olan Corcio Kyellini İtaliya mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, “La Gazzetta dello Sport”a açıqlama verən təcrübəli müdafiəçi bunları deyib:
"Mən bu unikal və gözəl şəhərin ruhunu dərhal anladım. Bura iyunda gəlmişdim və gözəl komandada olduğumu dərk etdim. Gələcəkdəki qələbələrimizin əsası həmin aylarda qoyulmuşdu. Növbəti kuboku qazanmaq məni xoşbəxt edir. Nəyə görə oynamadım? Baldırımda problem var. Qaydasına düşdükdən sonra oynamağa başlayacam".
Xatırladaq ki, 38 yaşlı futbolçu bu il "Yuventus"dan "Los Anceles"ə keçmişdi.
