Cüdo üzrə Azərbaycan yığması paytaxtımızda keçirilən Böyük Dəbilqə turnirində atlı medal qazanıb.
Sportal.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə ölkəmizi təmsil edən Camal Qamzatxanov bürünc medal uğrunda macarıstanlı Riçard Sipoça uduzub.
Daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.
Yığma ümumi medal sıralamasında birinci olub.
