"Barselona"da oynamağa davam etmək istəyirəm"

20:12 - 6 Noyabr 2022

Hektor Bellerin “Barselona”da qalmaq istəyir.

Sportal.az “goal.com”a istinadən xəbər verir ki, ispaniyalı futbolçu özü bu barədə danışıb. O, Kataloniya klubunda qalmaq niyyətində olduğunu bildirib:

“Barselona” ilə müqavilə müddətini artırmaq istəyirəm. Çünki özümü burada xoşbəxt hiss edirəm. Elə bu komandada oynamağa davam etmək niyyətindəyəm”.

​27 yaşlı müdafiəçi bu il “Arsenal”dan “Barselona”ya keçib. O, “Uotford” və “Betis”də icarə əsasında da çıxış edib.

Xəbər xətti