Böyük Britaniyanı təmsil edən Azərbaycanəsilli idman gimnastı Cesika Qədirova dünya çempionu olub.
Sportal.az xəbər verir ki, İngiltərənin Liverpul şəhərində keçirilən yarışda döşəmə üzərində sərbəst hərəkətlərə görə 14,200 xal alan 18 yaşlı idmançı hamını qabaqlayıb.
Cesika Qədirova bundan əvvəl çoxnövçülükdə bürünc medala sahib çıxmışdı.
