Avropa Liqası: "Yuventus" "Nant"la, "Mançester Yunayted" "Barselona" ilə qarşılaşacaq - YENİLƏNİB

16:18 - 7 Noyabr 2022

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Bu mərhələdə "Mançester Yunayted" "Barselona" ilə üz-üzə gələcək. "Qarabağ"ın yer aldığı qrupdan çıxan "Nant" isə "Yuventus"la qarşılaşacaq.

Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.

"Barselona"- "Mançester Yunayted"
"Yuventus" - "Nant"
"Sportinq" - "Midtülland"
"Şaxtyor" - "Renn"
"Ayaks" - "Union Berlin"
"Bayer Leverkuzen" - "Monako"
"Sevilya" - PSV
"Zalsburq" - "Roma"

Xəbər xətti