"Liverpul"un baş məşqçi postunda dəyişiklik ola bilər.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, Mersisayd klubunun son vaxtlardakı zəif nəticələri rəhbərliyi təngə gətirib. Onlar Yurgen Kloppu baş məşqçi postundan uzaqlaşdırmaq niyyətindədi.
İngiltərə mətbuatının iddiasına görə, Yurgeni bu postda həmyerlisi Tomas Tuhel əvəzləyə bilər. Son olaraq "Çelsi"ni çalışdırmış 49 yaşlı mütəxəssisin "Liverpul" rəsmiləri ilə ilkin danışıq apardığı da bildirilir.
London klubu ilə Çempionlar Liqasını qazanmış almaniyalı əvvəl PSJ və "Borussiya"(Dortmund) klublarında da çalışıb.
