Konfrans Liqasının pley-off mərhələsində potensial rəqiblər arasından ən arzuolunan rəqibi müzakirə edən "Fiorentina"nın azarkeşləri "Qarabağ"a daha çox diqqət ediblər.
Sportal.az xəbər verir ki, Florensiya klubunun fanatlarının saytı kimi tanınan "violanation.com"da "Qarabağ" ən uyğun rəqib olduğu yazılıb.
İtaliyalı azarkeşlər "Qarabağ"ın bundan əvvəl "Fiorentina" ilə qarşılaşdığını da xatırlayıb: "Ən əlverişli rəqiblərdən Kiprin AEK, Moldovanın “Şerif”di. Azərbaycanın “Qarabağ” klubu da əlverişli rəqiblərdən biridir. "Qarabağ"la 2016/2017 mövsümündə üz-üzə gəlmişik və qələbə qazanmışdıq.
Ötən mövsüm “Roma”nı darmadağın edən “Bodye-Qlimt” xüsusi diqqətə layiqdir. Fevrala qədər çempionatlarının başlamayacağını nəzərə alsaq, onları da "qara qutu" adlandırmaq olar".
