Türkiyə klubu rusiyalı forvardla yollarını ayırdı

12:31 - 7 Noyabr 2022

"Adana Dəmirspor" Rusiya millisinin hücumçusu Artyom Dzyuba ilə yollarını ayırıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı forvardın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Rusiyalı hücumçu avqustda Adana klubu ilə 1+1 illik müqavilə imzalamışdı.

Dzyuba meydana çıxdığı 5 oyunda 1 qol vurmuşdu. 

Xəbər xətti