"Atletiko"nun yarımmüdafiəçisi Markos Lyorente İngiltərədə oynaya bilər.
Sportal.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya “Mançester Yunayted”dən təklif gəlib.
"Qırmızı şeytanlar" ispaniyalı futbolçu üçün hərəkətə keçib.
Transfer qiyməti 40 milyon avro olan yarımmüdafiəçi üçün ingiltərəlilər eyni məbləği təklif edib.
“Real”(Madrid) yetirməsi olan futbolçu bu klubla yanaşı “Alaves”də də oynayıb. 2019-cu ildə isə o, “Atletiko”ya keçib. Lyorentenin hazırki klubu ilə 2027-ci ilə qədər müqaviləsi qüvvədədi.
saytlarin hazirlanmasi
