"Sauthempton" baş məşqçisi Ralf Hazenhüttllə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz nəticələridi.
Ralf 2018-ci ildən İngiltərə klubunu çalışdırırdı.
Rəhbərlik müvəqqəti olaraq Ruben Sellesi baş məşqçi postuna təyin edib.
İspaniyalı mütəxəssis vaxtı ilə "Neftçi" və "Qarabağ"da çalışıb.
