Azərbaycanlı boksçular Polşaya yollandı

15:09 - 7 Noyabr 2022

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.

Sportal.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan yığması 13 idmançı ilə təmsil olunacaq.

Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Yığmamız bu gün Polşaya yollanıb. Onlar noyabrın 14-də Vətənə qayıdacaq.

Xəbər xətti