"Məqsədlərimdən biri “Real”a qayıtmaqdır"

15:38 - 7 Noyabr 2022

“Rayo Valyekano”nun futbolçusu Fransisko Qarsiya “Real”a qayıda bilər.

Sportal.az xəbər verir ki, bu barədə 23 yaşlı futbolçu özü məlumat verib. “Cadena Ser”ə danışan ispan Madrid klubuna qayıtmaq ehtimalını belə dəyərləndirib: 

“Transferim digər futbolçulardan asılı idi. Bəzi məsələlər alınmadı, ona görə də karyeram da çox dəyişiklik baş vermədi. “Rayo Valyekano”da xoşbəxtəm və bu komandanın oyunçusu olduğum üçün fəxr edirəm. Ümid edirəm ki, mövsümü ən yaxşı şəkildə başa vuracağıq. Bəli, mən bunu həmişə demişəm və heç vaxt gizlətməmişəm, məqsədlərimdən biri “Real”a qayıtmaqdır. Mən meydanda və meydandan kənarda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram, təkmilləşməyə davam edirəm və indiyə qədər göstərdiyim formada qalıram”.

​“Real” yetirməsi olan sol cinah müdafiəçisi 2020-ci ildən “Rayo Valyekano”da oynayır.

 

Xəbər xətti