Azərbaycanlı hakimlər Slovakiya - Almaniya matçına təyinat aldılar

18:12 - 7 Noyabr 2022

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

 

Sportal.az xəbər verir ki, hakimlərimiz DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək. Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq.

 

Qarşılaşmanın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

Xəbər xətti