Braziliyalı futbolçu Dieqo Ribas karyerasını bitirir.
Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi 13 noyabr tarixində peşəkar karyerasının son matçına çıxacaq. "Flamenqo"da çıxış edən futbolçu Braziliya A Seriyasının "Avai" ilə matçından sonra futbolla vidalaşacaq.
Braziliya milli komandasının keçmiş üzvü olan Dieqo Ribas karyerası ərzində "Portu", "Verder", "Yuventus", "Atletiko" və "Fənərbaxça"da çıxış edib.
saytlarin hazirlanmasi
