"PSJ ilə düşmədiyimizə görə xoşbəxtik"

23:00 - 7 Noyabr 2022

“Napoli”nin baş məşqçisi Luçano Spaletti püşkatma nəticəsində komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində “Ayntraxt”la düşməsini şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan italiyalı mütəxəssis PSJ ilə qarşılaşmayacaqlarına görə şad olduqlarını bildirib:

"Bu səviyyədə istənilən püşkatma bizim üçün çətindi. Amma PSJ ilə düşmədiyimizə görə xoşbəxtik. “Ayntraxt” Avropa Liqasının qalibi olaraq qalır. Hər halda, bu, Avropanın ikinci ən yüksək səviyyəli turniridi. Şübhəsiz ki, asan olmayacaq”.

 

Xəbər xətti