Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komanda 1/16 finalda Avstriyanın "UVC Qrats" klubu ilə üz-üzə gələcək.
Bakı Voleybol Mərkəzində keçiriləcək matç 19:00-da başlanılacaq.
