"Fənərbaxça"nın forvardı bunu ikinci dəfə etdi

12:17 - 8 Noyabr 2022

Türkiyə Superliqasının 13-cü turunda "Sivasspor"la qarşılaşan "Fənərbaxça" rəqibini 1:0 məğlub edib.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin forvardı Mişi Batşuayi görüşün 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydanda qovulub.

Bununla da, belçikalı forvard karyerası ərzində 10 ildən sonra ikinci dəfə qırmızı vərəqə ilə cəzalandırılmış olub. Bundan əvvəl isə o, 2012/2013 mövsümündə Belçikanın "Standard" klubunda oynayarkən qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Bu yay "Fənərbaxça"ya keçən Batşuayi 13 oyunda 8 qol vurub. 

Xəbər xətti