"Barselona" belçikalı yarımmüdafiəçini transfer etmək istəyir

12:51 - 8 Noyabr 2022

"Barselona" "Lester"in futbolçusu Yuri Tilemansı transfer etməyi planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Xavi belçikalını sərəncamında görmək istəyir.

25 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayında sona çatacaq. 

"Arsenal”, “Mançester Yunayted”, “Liverpul” və “Real”ın da transfer etmək istədiyi futbolçunun "Barselona"ya keçəcəyi gözlənilir. 

Tilemans bu mövsüm 15 oyuna çıxıb, 3 qol vurub, 1 assist edib. 

Xəbər xətti