"Zalsburq"un hücumçusu Noah Okafor İtaliyaya yollanmağa hazırlaşır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Milan" 22 yaşlı forvardın xidmətində maraqlıdı.
"Rossonyerlər" Rafael Leaonu "Mançester Siti"yə satacağı təqdirdə, isveçrəlinin transferini həyata keçirəcək.
Milan klubunda Okafora Leaonun əvəzləyicisi gözü ilə baxırlar.
İsveçrə millisinin üzvü “Bazel” yetirməsidi.
O, 2020-ci ildə yetirməsi olduğu klubdan “Zalsburq”a keçib.
Okaforun transfer qiyməti 18 milyon avrodu.
