"Nyukasl" "Real"ın legionerini transfer edəcək

15:18 - 8 Noyabr 2022

"Real"ın futbolçusu Eden Azar İngiltərəyə qayıtmağa hazırlaşır.

Sportal.az "El Nacional"a istinadən xəbər verir ki, belçikalı futbolçu "Nyukasl"a keçə bilər.

İngiltərə klubu 31 yaşlı futbolçunu heyətinə qatmaq üçün indidən danışıqlara başlayıb.

"Nyukasl" Azar üçün "Real"a 20 milyon avro ödəməyə hazırdı.

Transferin qışda baş tutacağı gözlənilir.

Azar "Real"a 2019-cu ildə "Çelsi"dən keçmişdi. Buna qədər isə o, "Lill" forması geyinmişdi.

Xəbər xətti