"Turan Tovuz" - "Qarabağ" matçının hakimləri açıqlandı

16:28 - 8 Noyabr 2022

Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı  Tural Qurbanov idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.

Sabah keçiriləcək sözügedən görüş saat 14:30-da başlayacaq.

Xəbər xətti