FİFA-nın keçmiş prezidenti Zepp Blatter 2022-ci ildə keçiriləcək dünya çempionatının Qətərə ev sahibliyi hüququnun verilməsi qərarının səhv olduğunu bildirib.
Sportal.az xəbər verir ki, “Tages-Anzeiger”ə danışan isveçrəli FİFA-nın hazırki prezidentini də tənqid edib:
"Dünya çempionatının Qətərə verilməsi səhv idi. Çünki bu, çox kiçik ölkədir. Futbol və dünya çempionatı onlar üçün çox böyük yükdür. Amma məni maraqlandıran məsələ odur ki, FİFA-nın yeni prezidenti nəyə görə Qətərdə yaşayır? O, təşkilatın rəhbəri ola bilməz. Bu, onun işi deyil. Dünya Çempionatının yerli təşkilat komitəsi var və bunu onlar yerinə yetirməlidi”.
