İtaliya klubu türk futbolçunu icarəyə verəcək

17:33 - 8 Noyabr 2022

Mövsümün əvvəlində "Beşiktaş"dan 4,5 milyon avro qarşılığında "Torino"ya transfer olan Emirhan İlkhan gözləntiləri doğrultmur.

 

Sportal.az xəbər verir ki, İtaliya klubu 19 yaşlı yarımmüdafiəçini icarəyə verəcək.

 

Türkiyəli futbolçunun xidmətində iki klub maraqlıdır. "Kalyari" və "Kremoneze" qışda gənc oyunçunu icarəyə götürməyə çalışacaq.

 

Qeyd edək Emirhan İlkhan cari mövsümdə "Torino"nun heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti