"Beşiktaş"ın ulduzu əməliyyat olundu

17:58 - 8 Noyabr 2022

"Beşiktaş"ın futbolçusu Raşid Qezzal əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin ABŞ-da baş tutan əməliyyatı uğurla yekunlaşıb. Əlcəzairli vinger tez bir zamanda reabilitasiya dönəminə başlayacaq.

 

Qeyd edək ki, Raşid Qezzal cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti