Balotelli yenə gündəmdə: Azarkeşlərə barmaq göstərdi

19:38 - 8 Noyabr 2022

İsveçrənin "Sion" klubunda çıxış edən Mario Balotelli yerli federasiya tərəfindən bir oyunluq cəzalandırırlıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb 32 yaşlı forvardın intizamsız davranışıdır. İtaliyalı futbolçu Super Liqanın "Bazel"lə matçında azarkeşlərə orta barmaq işarəsi göstərdiyinə görə cəzaya məruz qalıb.

 

İtaliya yığmasının sabiq üzvü bununla bağlı açıqlama verib. Təcrübəli qolçu İsveçrə Futbol Federasiyasını mafiya adlandırıb: 

 

"Dünyanın nə qədər utancverici bir yer olduğunu bilmək üçün İsveçrə çempionatına baxmalısız. İsveçrə Futbol Federasiyası necə bir mafiyadır, bilmirəm. İnanın mənə, mənim kimi futolçular saxtakarlığın, ədalətsizliyin hökm sürdüyü İsveçrə çempionatında oynamaqdan qürur duymur".

 

Balotellinin formasını geydiyi "Sion" klubu da onu davranışına görə əsas komandadan uzaqlaşdırıb.

 

Qeyd edək ki, avqust ayından "Sion"da çıxış edən futbolçu İsveçrə çempionatında 8 oyunda 4 qol vurub.

Xəbər xətti