Suares çempionluq yaşayıb "Nasyonal"dan ayrıldı

19:57 - 8 Noyabr 2022

Luis Suares Uruqvayın "Nasyonal" klubundan ayrıqlmaq qərarı verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı forvard yayda transfer olduğu "ağ-göylər"ə göz yaşları ilə vida edib. Təcrübəli forvar yetişdiyi "Nasyolan"ın heyətində meydana çıxdığı 16 matçda 8 qolla yadda qalıb və ölkə çempionluğu yaşayıb.

 

Luis Suaresə İndoneziya və Səudiyyə Ərəbistanından təkliflər var. Uruqvaylı forvard isə karyerasını yenidən Avropada davam etdirmək istəyir.

Xəbər xətti