FIFA-nın sabiq prezidenti Sepp Blatter qalmaqallı açıqlama verib.
Sportal.az xəbər verir ki, ali futbol qurumunun sabiq rəqhbəri Fransanı rüşvətdə ittiham edib. O, mundialın Qətərə verilməsi üçün bu ölkənin Fransaya rüşvət verdiyini bildirib:
"DÇ-2022 ABŞ-da olacaqdı. Mişel Platini mənə zəng elədi və Qətərə səs verməli olduğunu deyən Fransa prezidenti Nikola Sarkozi ilə görüşdüyünü dedi. 6 ay sonra Qətər Fransadan 14,6 milyar dollara hərbi təyyarə aldı".
Qeyd edək ki, DÇ-2022 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq.
saytlarin hazirlanmasi
