Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kubokunda növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, ölkə çempionu 1/16 final mərhələsində Avstriyanın "Holdinq Qrats" klubu ilə üz-üzə gəlib. Matç "Murov"un 3:0 hesablı qələbəsi ilə qələbəsiylə başa çatıb.
Bu gün cavab görüşü oynanılacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.
“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə də iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.
