Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Gent” klubunun baş məşqçisi Hayn Vanhazebruk yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, "Het Laatste Nieuws" portalına danışan belçikalı mütəxəssis Azərbaycan çempionu haqda da fikirlərini bölüşüb:
"Kimə qarşı oynamağımızın mənim üçün fərqi yox idi. Çünki səkkiz potensial rəqibin hamısı bərabər səviyyədə idi. Bir tərəfdən bizi mövsümün ən uzaq səfəri gözləyir. Digər tərəfdən, “Qarabağ” çox çətin rəqibdir. Uçuş üçün beş saatyarım vaxtımız var. Ona görə də biz adi cədvəl üzrə, matçdan bir gün əvvəl Bakıya yollanacağıq. Bu, bizim cədvəlimizə uyğundur".
Vanhazebruk komandasının hazırkı durumunu isə bu cür qiymətləndirib: "Qarabağ"la oyunlar fevralda keçiriləcək. Ona qədər hələ çox vaxt var. Son turda "Brügge" üzərində qazanılan qələbənin (2:0) ardından komandamız eyforiya qapılmayıb. Uşaqlar da yaxşı iş gördüklərini anlayaraq vəziyyəti real qiymətləndirirlər, lakin nəticə əldə etmək üçün bu istiqamətdə hərəkət etməyə davam etməliyik".
Mirbağırağa
