"Barselona"nın forvardı ölkəsinə yollandı

11:31 - 9 Noyabr 2022

"Barselona"nın forvardı Memfis Depay Niderland millisinin heyətində Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Sportal.az "El Nacional"a istinadən xəbər verir ki, hücumçu hazırlıq üçün komandanı vaxtından əvvəl ayrılıb. 

28 yaşlı futbolçu artıq ötən turda keçirilən "Almeriya" ilə oyundan (2:0) sonra klubun bazasını tərk edərək Niderlanda yollanıb.

O, hələ ki, zədəsini sağaltmaqla məşğuldu. 

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Niderland millisi A qrupunda Qətər, Ekvador və Seneqalla mübarizə aparacaq.

Xəbər xətti