Manenin dünya çempionatında iştirakı sual altındadı

11:45 - 9 Noyabr 2022

"Bavariya"nın aparıcı üzvü Sadio Mane zədələnib.

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda "Verder"ə qarşı görüşdə sıradan çıxıb.

Mane həmin matçın 20-ci dəqiqəsində Leroy Sane ilə əvəzlənib.

Onun bu ay Qətərdə start götürəcək dünya çempionatına qədər hazır olub-olmayacağı dəqiq deyil.

Xatırladaq ki, Manenin kapitanı olduğu Seneqal millisi mundialda Qətər, Niderland və Ekvadorla eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti