Meksikanın "Qvadalaxara" klubunun hücumçusu Ernesto Veqa İngiltərəyə yollana bilər.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, meksikalı futbolçu "Liverpul"un transfer siyahısındadı.
24 yaşlı futbolçunu Mersisayd klubunun skautları izləyir.
Hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Veqa özü də "Liverpul"a keçmək istəyir.
Veqa bu mövsüm 18 oyuna çıxıb, 3 qol vurub, 4 assist edib.
Meksika millisinin üzvü olan forvard 2019-cu ildə "Toluka"dan "Qvadalaxara"ya keçib.
