"Neftçi"nin sabiq forvardı bu klubun baş məşqçisi təyin edildi

13:18 - 9 Noyabr 2022

Gürcüstanın "Sioni" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Bolnisi təmsilçisi Giorgi Çelidze ilə anlaşıb.

Uça Sosiaşvili ilə yollarını ayıran klub rəhbərliyi mövsüm sonuna qədər komandanı Çelidzeyə tapşırıb.

36 yaşlı veteran futbolçu 2008-ci ildə "Dinamo"dan (Batumi) ayrıldıqdan sonra "Neftçi"yə keçmişdi.

Amma o, Bakı klubunda uğurlu olmadığına görə, sonradan “Olimpi”(Rustavi) klubu ilə anlaşmışdı.

"Sioni" 33 turdan sonra 10 komanda arasında 9-cudu.

Xəbər xətti