Daha bir futbolçu bu ay Qətərdə start götürəcək dünya çempionatında iştirak edə bilməyəcək.
Sportal.az "Ole"yə istinadən xəbər verir ki, Covani Lo Çelso ombasından aldığı zədə səbəbindən Argentina millisinin heyətindən uzaqlaşdırılıb.
Həkimlər bir sıra müayinələrdən sonra budun arxa əzələlərini əməliyyat etmək qərarına gəliblər.
Amma futbolçu özü mundialda iştirak etmək üçün tibbi müdaxilələri təxirə salmaq niyyətindəydi. O, hətta müalicə xərclərini də üzərinə götürmək istəyib. Amma bu, futbolçunun gələcək karyerası üçün risk olduğuna görə, sonda Lo Çelso Qətərə yollanmamaq fikri ilə razılaşıb.
