Pelenin anası oğlunun ölümündən xəbərsizdir

15:22 - 31 Dekabr 2022

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.

 

Sportal.az xəbər verir ki, bu barədə keçmiş forvardın bacısı danışıb. O, 100 yazlı anasının Pelenin ölümündən xəbərsiz olduğunu deyib:

 

“Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. O, öz aləmindədir. Adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Amma əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”.

 

 

Qeyd edək ki, Pele 2 gün əvvəl 82 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

Xəbər xətti