"Real"ın futbolçusu Ferlan Mendi komandanı tərk edə bilər.
Sportal.az xəbər verir ki, fransalı sol cinah müdafiəçisinin xidmətində "Mançester Siti", PSJ və "Nyukasl" maraqlıdır. Bu barədə "Foot Mercato" məlumat yayıb. "Nyukasl" 27 yaşlı futbolçu üçün "kral klubu"na təklif göndərib.
Qeyd edək ki, "Real" Ferlan Mendini 2019-cu ilin yayında "Lion"dan transfer edib. 27 yaşlı futbolçu cari mövsümdə Madrid klubunun heyətində meydana çıxdığı 18 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
