Ronaldo və Messi yenidən rəqib ola bilər

16:40 - 31 Dekabr 2022

Kriştiano Ronaldo və Lionel Messi yenidən yaşıl meydanda üz-üzə gələ bilər.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşma Riyad Kubokunda baş tuta bilər. Belə portuqaliyalı ulduzun dünən müqavilə imzaladığı "Əl-Nəssr"lə "Əl Hilal" klublarının oyunçularından ibarət komanda Messinin çıxış etdiyi PSJ ilə üz-üzə gələcək.

 

Səudiyyə Ərəbistanında oynanılacaq matç 19 yanvar tarixində baş tutacaq.

Xəbər xətti