"Mançester Yunayted" mərakeşli qapıçı ilə danışıq aparır

17:02 - 31 Dekabr 2022

"Mançester Yunayted" heyətinə yeni qapıçı cəlb etmək istəyir.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın gündəmində olan qolkiperlərdən biri "Sevilya"da çıxış edən Yassin Bunudur. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb. Peremyer Liqa təmsilçisi mərakeşli "əlcək sahibi"nin nümayəndələri ilə danışıqlara başlayıb.

 

Qeyd edək ki, Yassin Bunu "Sevilya"ya 2020-ci ilin yayında "Jirona"dan transfer olunub. 31 yaşlı qapıçı cari mövsümdə İspaniya klubunun heyətində 17 matçda meydana çıxıb. O, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti