Uruqvaylı futbolçu Luis Suaresin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli oyunçu "Qremio" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvay millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luis Suares son olaraq ölkəsinin "Nasyonal" klubunda çıxış edib.
