Premyer Liqa klubu ispaniyalı transfer edəcək

11:19 - 1 Yanvar 2023

"Aston Villa" "Udineze"nin hücumçusu Jerar Deulofeu ilə maraqlanır.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Birmingem təmsilçisinin baş məşqçisi Unai Emeri ispaniyalı futbolçunu sərəncamında görmək istəyir.

Transferin 16 milyon avroya başa gələ biləcəyi deyilir. 

Vinger bu mövsüm A Seriyasında 15 oyuna çıxıb. Adıçəkilən futbolçu “Barselona”, “Everton”, “Sevilya”, “Milan”, “Uotford” klublarında oynayıb.

Xəbər xətti