İngiltərə millisinin veteran futbolçusu Skott Parker Belçikada işləyə bilər.
Sportal.az “Het Nieuwsblad”a istinadən xəbər verir ki, “Fulhem” və “Bornmut”a rəhbərlik etmiş Parker “Brügge”dən təklif alıb.
Belçikalılar Karl Hoefkensin baş məşqçi postundan qovulmasından sonra rəhbərlik Parkerlə danışığa başlayıb. Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı iddia olunur.
Xatırladaq ki, bu mövsüm "Brügge" tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
42 yaşlı veteran futbolçu “Çarlton”, “Çelsi”. “Nyukasl”, “Vest Hem”, “Tottenhem”də oynayıb.
saytlarin hazirlanmasi
