"Qarabağ" bu göstəricidə Avropanın beş komandasından biridir

14:53 - 1 Yanvar 2023

2022-ci ilin nəticəsinə görə "Qarabağ" daxili liqada məğlub olmayan Avropanın 5 klubundan biri olaraq yadda qalıb.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqada geridə qalan 18 oyunun 16-da qələbə qazanıb, iki heç-heçə edib. 

Avropada öz liqasında məğlub olmayan dörd komanda var.

Onlar- “Srvena Zvezda”  (17 qələbə, 2 heç-heçə), PSJ (14 qələbə, 2 heç-heçə), “Napoli” (13 qələbə, 2 heç-heçə) və “Panatinaikos”dur (12 qələbə, 3 heç-heçə).

 

Xəbər xətti