Xorvatiya millisinin və “Zenit”in müdafiəçisi Deyan Lovren karyerasını Fransada davam etdirməyə yaxındır.
Sportal.az “РБ Спорт”a istinadən xəbər verir ki, “Lion” təcrübəli futbolçunun xidmətində maraqlıdır.
Fransa klubunun rəhbərliyi Lovren üçün “Zenit”ə 2 milyon avro ödəyəcək. Artıq tərəflər razılığa gəlib.
33 yaşlı müdafiəçi “Lion”la iki illik müqaviləyə qol çəkəcək.
O, indiyə qədər "Dinamo"(Zaqreb), "İnter"(Zapreşiça), "Southempton, "Liverpul"da oynayıb. Lovren 2010-2013-cü illər arasında "Lion"un üzvü olub.
