Fransa millisinin hücumçusu PSJ-nin transfer siyahısında

17:53 - 1 Yanvar 2023

"Borussiya" (Münhenqladbax) və Fransa millisinin hücumçusu Markus Türam komandasını dəyişəcək.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, PSJ (Fransa), "Mançester Yunayted", "Bavariya" və "İnter" fransalını transfer etmək niyyətindədir.

Türamın adıçəkilən klublardan birinə mövsüm sonu azad agent kimi keçəcəyi gözlənilir.

Forvard bu mövsüm Almaniya Bundesliqasında 15 matçda 10 qol vurub.

Xəbər xətti