"Çelsi" fransalı müdafiəçi transfer etdi

19:16 - 1 Yanvar 2023

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Monako"dan Benua Badyaşili transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

21 yaşlı mərkəz müdafiəçisi sabah tibbi müayinədən keçəcək. Fransalı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. "Çelsi" bu keçid üçün "knyazlıq" təmsilçisinə 38 milyon avro ödəyəcək.

Qeyd edək ki, Benua Badyaşil "Monako"nun yetirməsidir. 21 yaşlı müdafiəçi cari mövsümdə "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 16 matçda 2 qol vurub.

Xəbər xətti